Türkiyənin "Bursaspor" klubu Robert Prosineçki və bir neçə məşqçinin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib. Türkiyənin "Bursaspor" klubu Robert Prosineçki və bir neçə məşqçinin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.

"Bursaspor"dan Prosineçki ilə bağlı açıqlama

Türkiyənin "Bursaspor" klubu Robert Prosineçki və bir neçə məşqçinin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, klub saytı vasitəsilə bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adı klubuzla hallanır. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

Qeyd edək ki, Türkiyənin "Fanatik" qəzeti millimizin baş məşqçisinin "Bursaspor"la razılığa gəldiyini və gələn mövsümdən bu komandanı çalışdıracağını yazıb.