Xəzər dənizindən start götürən Bakı-2017 ümumxalq səyahət turu dünən Qusara yetişib. Xəzər dənizindən start götürən Bakı-2017 ümumxalq səyahət turu dünən Qusara yetişib.

Bakıdan başlayan səyahət Qusara çatdı

Xəzər dənizindən start götürən Bakı-2017 ümumxalq səyahət turu dünən Qusara yetişib.

AzNews.az Bakı-2017-nin Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, dünən səhər ilk olaraq Laza yaxınlığındakı şəlalələr ətrafında tədbir keçirilib. Qusar şəhərindən kiçik və maraqlı dağ kəndi olan Lazaya gedən yol boyunca yamyaşıl, daşlı yaylaqlara sularını səpələyən bir neçə hündür şəlalə görmək olar.

Su mərasimi şahmat həvəskarı Mətin Bədəlov, Azərbaycanın əməkdar məşqçisi Carulla Şingərov və buza dırmanma üzrə respublika çempionu Renat Rəhimxanov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.

Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.