Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Cənubi Afrika Respublikası (CAR) millisinin üzvü Tokelo Rantieni transfer edə bilər. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Cənubi Afrika Respublikası (CAR) millisinin üzvü Tokelo Rantieni transfer edə bilər.

“Qarabağ” afrikalı hücumçu transfer edir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Cənubi Afrika Respublikası (CAR) millisinin üzvü Tokelo Rantieni transfer edə bilər.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı CAR-ın Soccerladuma.co.za saytı yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”ndə oynayan 26 yaşlı forvard ümumilikdə 20 oyuna 4 qol vurub. Əvvəllər “Malmö” və “Botnmut”da da çıxış etmiş futbolçu 2012-ci ildən CAR millisinə dəvət alır.

Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu da cənubi afrikalıdır.