İspaniyalı sürücünün İndianapolis trasında dünənki testləri zamanı iki quş həyatını itirib İspaniyalı sürücünün İndianapolis trasında dünənki testləri zamanı iki quş həyatını itirib

Alonso ilk testlərdə iki quşu öldürüb - Video

İspaniyalı sürücünün İndianapolis trasında dünənki testləri zamanı iki quş həyatını itirib

Asfalta qonmuş quşlar yüksək sürətlə yaxınlaşan maşını gördükdə səmaya qalxmağa cəhd ediblər, amma hər ikisi Fernando Alonsonun maşınının təkərləri altında qalıblar. Sürücünün bəxti gətirib – quşlardan hər hansı biri sürücünün dəbilqəsinə dəysəydi, sürücü ağır zədə ala bilərdi.

AzNews.az F-1.az-a istinadən xəbər verir ki, quşlar yerindəcə ölüblər. İnsidentdən dərhal sonra Andretti Autosport komandası sürücünü boksa çağırıb, mexaniklər maşını təmizləmək üçün çalışmalı olublar.