Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yığmadakı qol həsrətinə son qoyub. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yığmadakı qol həsrətinə son qoyub.

Vaqif Cavadov qol həsrətinə son qoydu

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yığmadakı qol həsrətinə son qoyub.



Apasport.az saytının məlumatına görə, fevralın 6-da Dubayda Lixtenşteynə qarşı keçirilən qarşılaşmada fərqlənən hücumçu 519 gündən sonra millidə qol sevinci yaşayıb.

Cavadov sonuncu dəfə indi olduğu kimi ayın 6-da – 2011-ci ilin sentyabrında fərqlənmişdi. Həmin vaxt hücumçumuz Avro-2012-nin Qazaxıstanla seçmə oyununda rəqib qapısına yol tapmışdı.

Lixtenşteynə penaltidən vurulan bu qol Vaqifin millidə 8-ci belə uğuru oldu. Bununla da o, yığma tarixinin bombardirləri siyahısında 2-ci yerin vahid sahibinə çevrildi. Şərikləri Branimir Subaşiç və Elvin Məmmədovu arxada qoyan Cavadov indi liderdən 6 qol geri qalır. Bu isə futbolçunun "Qarabağ"dakı baş məşqçisi Qurban Qurbanovdur. Milli tarixinin ən məhsuldar oyunçusu olan sabiq hücumçunun hesabında 14 top var.

AzNews.az