"Tour d`Azerbaidjan" veloturunun bütün qalibləri müəyyənləşib. "Tour d`Azerbaidjan" veloturunun bütün qalibləri müəyyənləşib.

"Tour dAzerbaidjan"nın qalibi Azərbaycan velosipedçisi oldu

"Tour d`Azerbaidjan" veloturunun bütün qalibləri müəyyənləşib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın "Synergy Baku" klubunun üzvü Kirill Pozdnyakov 5 mərhələnin yekununda qalib olub. Vaxt baxımından birinci yeri tutan rusiyalı legioner "Synergy" köynəyinə yiyələnib.

Pozdnyakov həm də dağ mərhələsinin qalibi kimi AZAL köynəyi qazanıb.

Xal hesabında birinci yeri isə ABŞ-ın "Team İlluminate" komandasının kolumbiyalı üzvü Edvin Avila Vaneqas tutub. Ona SOCAR köynəyi verilib.

Komanda hesabında birinci yeri Ukraynanın "Kolss Cycling Tem" komandası tutub. Ən yaxşı gənc velosipedçi isə Con Anderson Rodriges Salazar olub. Ona "AtaHolding" köynəyi verilib.