Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir. Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir.

Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

AzNews.az

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.