00:40
(077) 610-22-33

Qurbanov Pelleqrini və Benitesi qabaqladı

  • >
1 640 8 May 2017 20:42 | İdman

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 442-cü pillədə olan Qurban Qurbanov 8 pillə geriləyib. Bununla belə, aktivində 1361 xalı olan Qurbanov Lui van Qal, Manuel Pelleqrini və Rafael Benites kimi məşqçiləri qabaqlayıb.
Qriqorçuk isə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır. Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür.

Bağla X