Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək

Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək

AzNews.az "apa"-ya istinadən xəbər verir ki, səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq. Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

“Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

AzNews.az