İspaniyanın futbol klubu "Barcelona" türkiyəli futbolçu Hakan Çalxanoğlunu heyətinə qatmaq istəyir. İspaniyanın futbol klubu "Barcelona" türkiyəli futbolçu Hakan Çalxanoğlunu heyətinə qatmaq istəyir.

"Barcelona" klubunda daha bir türk futbolçu yer ala bilər

İspaniyanın futbol klubu "Barcelona" türkiyəli futbolçu Hakan Çalxanoğlunu heyətinə qatmaq istəyir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi axtarışına çıxan klub rəhbərliyi türkiyəli futbolçunu da transfer siyahısına əlavə edib.

Çalxanoğlu hazırda Almaniyanın Bayer Leverkuzen komandasında forma geyinir. Çalxanoğlunun bu klubla 2019-cu ilə qədər müqaviləsi var. Çalxanoğlunun 4 ay müddətində futbol oynamasına qarşı FİFA tərəfindən qadağa qoyulub.

Barselona Bayerin daha bir futbolçusu Verattini də heyətinə qatmaq istəyir.

La Liqa təmsilçiləri Hakan Çalxanoğlu üçün 30 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Eyni zamanda, Türkiyənin Qalatasaray klubu da milli futbolçunu 2 illik icarəyə götürmək istəyir.

Bəxtiyar Abbasov

AzNews.az