23:44
(077) 610-22-33

“Küveyt, Sudan və Liviya İslamiadada iştirak etməyəcək” - Nazirdən açıqlama

  • >
1 638 11 May 2017 13:55 | İdman

Sabah Bakı möhtəşəm böyük bir tədbirə ev sahibliyi edəcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O deyib ki, bu oyunların məhz Bakıda keçirilməsindən qürur hissi duyuruq: "İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz. İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

AzNews.az

Bağla X