23:19
(077) 610-22-33

Həndbolçularımız qrup lideri kimi yarımfinala yüksəldi

  • >
1 482 11 May 2017 17:24 | İdman

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçular arasında qrup mərhələsinin oyunları başa çatıb.

Trend-in məlumatına görə, bu mərhələnin son oyununda buna qədər bütün matçlarda qələbə qazanan Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.

Həlledici oyunda türkiyəli idmançıların müqavimətini qıran həndbolçularımız 27: 22 hesablı qələbə qazanaraq qrup birincisi kimi yarımfinala yüksəliblər.

Yarımfinalda Azərbaycan Özbəkistan, Türkiyə isə Kamerunla üz-üzə gələcək.

Yarımfinal görüşləri mayın 13-də keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

AzNews.az

Bağla X