Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının püşkü atılıb. Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının püşkü atılıb.

Boksçularımızın İslamiadada rəqibləri bəlli oldu

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının püşkü atılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, 27 ölkənin idmançılarının qatılacaqları yarışda Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) çıxacaq. Mübarizəyə dörddəbir finaldan qoşulacaq M.Məcidov mayın 12-də Qazaxıstan boksçusu Nurlan Saparbaya qarşı çıxış edəcək. Mayın 13-də səkkizdəbir finalda rinqə çıxacaq Məsud Yusifzadənin (52 kq) ilk rəqibi türkiyəli Ömər Koç olacaq. Kamran Şahsuvarlı (75 kq) Qayana təmsilçisi Desmond Amsterdam, Rauf Rəhimov (81 kq) isə malayziyalı Hafidz Adli Mohd ilə qarşılaşacaqlar.

Altmış kiloqram çəki dərəcəsində yarışa dörddəbir finaldan başlayacaq Cavid Çələbiyev (60 kq) Yoel Volliamson (Qayana) - Hakan Doğan (Türkiyə) duelinin qalibi ilə qarşılaşacaq. Tamerlan Abdullayev (69 kq) isə səkkizdəbir finalda Muhemmetmirat Sahedov (Türkmənistan), Teymur Məmmədov (91 kq) isə dörddəbir finalda Sardorbek Beqaliyev (Özbəkistan) ilə üz-üzə gələcək.

Mayın 15-də 49 kiloqram çəki dərəcəsində boksçuların yarışına dörddəbir finaldan başlayacaq Rüfət Hüseynov Tolqahan Öztürk (Türkiyə) - Omid Əhmadisafa (İran) qarşılaşmasının qalibi, Tayfur Əliyev (56 kq) Taoufik Kaçfi (Mərakeş) ilə rinqə çıxacaq.

Mayın 16-da isə Elvin İsayev (64 kq) dörddəbir finalda Aliyor Noraliyov (Özbəkistan) ilə münasibətlərə aydınlıq gətirəcək.

“Baku Crystal Hall”da keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.