Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən güclü klublarının siyahısını açıqlayıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən güclü klublarının siyahısını açıqlayıb.

5 klubumuz əsrin ən yaxşıları arasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən güclü klublarının siyahısını açıqlayıb.




Apasport.az saytının məlumatına görə, əsrin arxada qalan 12 ilinin ən yaxşı klublarının cədvəlində 1001 komanda yer alıb.

İFFHS-in siyahısında Azərbaycanın 5 klubu yer alıb. Ən yaxşı Azərbaycan klubu olan "Neftçi" 512,5 xalla planerin 529-cu komandasıdır. "Qarabağ" (462,5) 615-ci, "Bakı" (375,5) 765-ci, "İnter" (354) 805-ci, "Xəzər Lənkəran" (344) 839-cu yerdə qərarlaşıb.

Azərbaycan futbolçularının legioner həyatı yaşadığı komandaların bəziləri də 1001 ən yaxşı arasına düşüb. Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu Türkiyə "Dənizlispor"u 592,5 xalla 415-cidir. Onlar hətta "Neftçi"dən də öndədirlər. Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" 447 xalla 643-cü pillədədir. Vüqar Əsgərovun oyandığı Latviya "Metallurq" 774 xalla 268-ci pillədə yer alıb.

İFFHS-in cədvəlinə isə İspaniya "Barselona"sı başçılıq edir – 3224 xal. İngiltərə təmsilçisi "Mançester Yunayted" (2987) 2-ci, İspaniya "Real"ı (2828) 3-cü pillədədir.

AzNews.az