Mayın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarımfinal mərhələsinə start verilib. Mayın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarımfinal mərhələsinə start verilib.

Qadın həndbolçularımız final mərhələsinin bir addımlığında- Bakı:2017

Mayın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarımfinal mərhələsinə start verilib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, finala gedən mərhələdə əvvəlcə meydana Azərbaycanın və Özbəkistanın qadın həndbolçuları çıxıblar. Qadınlar arasında digər görüş Türkiyə və Kamerun yığmaları arasında keçiriləcək.

Kişi həndbolçuların yarışında isə Səudiyyə Ərəbistanı-İraq, Əlcəzair-Türkiyə matçları oynanılacaq.

Həndbol üzrə final yarışları mayın 14-də baş tutacaq.