Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb. Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb.

Qadın cüdoçularımız və karateçilərimiz FİNALDA

Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb.

AzNews.az modern.az-a istinadən xəbər verir ki, onun rəqibi Özbəkistan təmsilçisi Diyora Keldiyorova olub. Çətin keçən mübarizədə Azərbaycan idmançısı rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Bundan əvvəl N.Əzizova Qabon təmsilçisi Ester Korin Evala Bondima qalib gəlib.

Digər qadın cüdoçumuz Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordaniyalı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Azərbaycanın qadın karateçiləri İlahə Qasımova və Fəridə Abiyeva da İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.

55 kq çəki dərəcəsində mübarizə aparan İ.Qasımova yarımfinalda iordaniyalı Məcidə əl-Bəşairi ilə qarşılaşıb. İdmançımız 3 xalla inamlı qələbə qazanıb. 61 kq çəkidə yarışan F.Abiyeva isə yarımfinalda özbək rəqibi Barno Mirzəyevadan üstün olub.

Təəssüf ki, digər karateçimiz Nurana Əliyeva iranlı idmançı Nəsrin Dust ilə bacara bilməyib. O, təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.