Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir.

"Finalda tamaşaçıları maraqlı döyüş gözləyir"- Rəfael Ağayev

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir.

AzNews.az xəbər verir ki, bunu trend-ə finala yüksələn karateçimiz Rafael Ağayev deyib. 5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".