14:08
(077) 610-22-33

Ağır atletimiz 6-cı oldu

  • >
917 13 May 2017 14:05 | İdman

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.

Trend-in məlumatına görə, ilk yarış günündə mübarizəyə çəkisi 56 kq olan kişilər başlayıblar. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edib.

Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.

E.Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində isə yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.

Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az

Bağla X