Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları keçirilir. Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları keçirilir.

4 qadın paracüdoçumuz da finala yüksəldi - İslamiadada

Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları keçirilir.

Trend-in məlumatına görə, qadınların yarışında yarımfinalda 70 kiloqram çəkidə mübarizə aparan təmsilçilərimiz Ramilə Kaştayeva özbək idmançı Gülruh Rahimovanı, Turanə Ağayeva isə türkiyəli Aytən Özyürükü məğlub ediblər.

57 kq çəkidə yarışan digər paracüdoçularımız - Afaq Sultanova və Sevda Vəliyeva da Türkiyə və Özbəkistandan olan rəqiblərindən üstün olublar.

Beləliklə, hər 4 təmsilçimiz finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az