Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev (60 kiloqramadək çəki dərəcəsi) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev (60 kiloqramadək çəki dərəcəsi) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Karateçimiz bürünc medal qazandı - İslamiadada + Yenilənib

Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev (60 kiloqramadək çəki dərəcəsi) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, o indoneziyalı idmançı Suryadi Suryadini məğlub edib.

F,Fərzəliyev rəqibini 6:0 hesabı ilə üstələyib

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

***

17:46

Azərbaycanın karate üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında üçü qızıl, ikisi isə bürüncnolmaqla 5 medal uğrunda mübarizə aparacaq.

AzNews.az xəbər verir ki, idmançımız İlahə Qasımova Misir təmsilçisi Yasmin Attiya ilə final mərhələsində 55 kiloqram çəki dərəcəsində qarşılaşacaq. Digər idmaçımız Fəridə Abiyeva qızıl medal uğrunda iranlı Rozita Əlipurkaşkalesad ilə mübarizə aparacaq.

Yarımfinalda məğlub olan Nuranə Əliyeva isə bürünc medal uğrunda rəqibi indoneziyalı Srunita Sukatendellə qarşılaşacaq.

Kişilərin yarışında qızıl medal uğrunda görüşə Rafael Ağayev çıxacaq. Onun rəqibi 75 kq-dək çəki dərəcəsində pakistanlı Qulam Sədi olacaq.

Firdovsi Fərzəliyev bürünc medal uğrunda indoneziyalı rəqibi Suryadi Suryadi ilə qarşılaşacaq.