Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını əldə edib. Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını əldə edib.

Üzgüçülərimizdən ilk qızıl medal - İslamiada

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını əldə edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, üzgüçülərimiz yarışda ilk medallarını qazanıblar.

Sərbəst üsulla 1500 metr məsafəyə üzgüçülükdə təmsilçimiz Maksim Şemberev finişə bütün rəqiblərindən tez çatıb.

Bununla o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İndoneziyalı Aflah Pravira ikinci, türkiyəli Ediz Yıldırımer isə 3-cü yeri tutub.