Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəkidə qalib cüdoçular müəyyənləşib. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəkidə qalib cüdoçular müəyyənləşib.

Elxan Məmmədov Elmar Qasımovu finalda məğlub etdi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəkidə qalib cüdoçular müəyyənləşib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov finalda ölkəmizin digər təmsilçisi Elxan Məmmədov ilə qarşılaşıb.

Həlledici görüşdə E.Məmmədov vazari xalı ilə qələbə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.