- Köhnə - İdman
- 14 May 2017 21:20
- 3 203
Bədii gimnast Jalə Piriyeva topla hərəkətlər üzrə yarışda birinci oldu
Azərbaycanın bədii gimnastı Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, o, 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medala sahib olub.
Yarışda ikinci yeri isə Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.950) tutub.