Bu gün İslamiadada kişi və qadınlardan ibarət cüdo komandaları yarışacaq. Bu gün İslamiadada kişi və qadınlardan ibarət cüdo komandaları yarışacaq.

Cudoçularımız qalib gəldi - İslamiadada + Yenilənib 5

Bu gün İslamiadada kişi və qadınlardan ibarət cüdo komandaları yarışacaq.

AzNews.az xəbər verir ki, yığmamızın da təmsil olunduğu bu komandalar arasında yarış saat 10:00-da başlayacaq. Final mərhələsinin görüşləri isə saat 15:33-dən 18:32-dək davam edəcək.

***

Kişi cüdoçularımızdan ibarət komanda Qırğızıstan komandası ilə mübarizədə 5:0 hesabı ilə qalib gəlib. Qadın cüdoçularımızdan ibarət komanda isə Özbəkistan komandası ilə mübarizədə 3:2 hesabı ilə qalib gəlib.

***

Kişi cüdoçularımızdan ibarət komandamız rəqibi Özbəkistan komandası ilə görüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

***

Qadın cüdoçularımızdan ibarət komanda yarımfinalda rəqib komanda tatami üzərinə çıxmadığından birbaşa finala vəsiqə qazanıb.

Finalda qadın cüdoçularımız Türkiyə millisi ilə mübarizə aparacaq.

***

Qadın cüdoçularımızdan ibarət komanda Türkiyə millisi ilə mübarizədə 5:0 hesabı ilə uduzaraq gümüş medala sahiblənib.

***

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə kişilərdən ibarət komandamız finalda Əlcəzairi 3:2 hesabı ilə üstələyərək qızıl medal qazanıb.