06:26
(077) 610-22-33

İdman gimnastlarımızdan uğurlu nəticə - 2 medal

  • >
1 808 15 May 2017 18:21 | İdman

Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb.

Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal.

Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Top xəbərlər
Bağla X