Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib.

Azərbaycan atıcısı bürünc qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, idmançımız Nigar Həsənova 211.5 xalla bürünc medala sahib olub.

İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.

Digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az