Qadınlar arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycan komandası üçüncü yeri tutub. Qadınlar arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycan komandası üçüncü yeri tutub.

Qadın üzgüçülərimizdən növbəti medal

Qadınlar arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycan komandası üçüncü yeri tutub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, atletlərimiz 4:08.37 saniyə nəticə göstəriblər. Milli komandamızın heyətində Alsu Bayramova, İlahə Raciyeva, Fatimə Alkərəmova və Yuliya Stisyuk mübarizə aparıblar.

Türkiyə yığması 3:47.77 saniyə nəticə ilə birinci, indoneziyalı üzgüçüləri isə 3:52.98 saniyə nəticə ilə ikinci olublar.