Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Güləşçimiz gümüş medal qazandı - İslamiada

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.