23:44
(077) 610-22-33

6 boksçumuz Finalda

  • >
1 367 17 May 2017 21:32 | İdman

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarımfinal mərhələsinə start verilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın 7 təmsilçisindən ilk olaraq Tayfur Əliyev rinqə çıxıb.

56 kq çəki dərəcəsində yarışan Əliyev özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşıb. Görüşün sonunda hakimlərin yekdil qərarı ilə Şaraxmatov qalib elan olunub. Azərbaycan boksçusu İslamiadanı bürünc medalla başa vurub.

75 kq çəkidə yer alan Kamran Şahsuvarlı isə finala yüksəlib. O, mərakeşli Yunnes Qarrumi ilə görüşdə hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Şahsuvarlı finalda qazaxıstanlı Tursınbay Kulahmetlə qarşılaşacaq.

91 kq çəkidəki Teymur Məmmədov suriyalı Ala Eldin Qussinlə üz-üzə gəlib. Rəqibindən aşkar üstün təsir bağışlayan Məmmədov ilk raundda onu noqdauna salıb. Yekunda hakimlər azərbaycanlı boksçunu qalib elan ediblər. Məmmədovun finaldakı rəqibi türkiyəli Burak Akşin olacaq.

69 kq çəkidə yer alan Tamerlan Abdullayev yarımfinalda İlya Oçkindən üstün olub. O, finalda özbəkistanlı Bobo-Usmon Baturovla qarşılaşacaq.

60 kq çəkidəki Cavid Çələbiyev də qazaxıstanlı rəqibinə qalib gəlib. O, Sultan Zaurbeki yenib. Çələbiyev finalda iraqlı Ammar Karbalai ilə qarşılaşacaq.

81 kq çəkidə çıxış edən Rauf Rəhimov isə yarımfinalda döyüş keçirmədən həlledici mərhələyə yüksəlib. Buna misirli rəqibi Abdelerahman Abdelqavvadın döyüşdən imtinası səbəb olub. Rəhimovun finaldakı rəqibi türkmənistanlı Arslanbek Açilov olacaq.

Nəhayət, 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidov yarımfinalda iordaniyalı Husseyn Yaşayışla döyüşdən qalib ayrılıb. O, finalda suriyalı Manaf Asadla qarşılaşacaq.

Beləliklə, yarımfinal görüşlərinin yekunlarına əsasən, Azərbaycanın 6 boksçusu finala yüksəlib. Daha bir boksçu Tayfur Əliyev isə bürünc medalla kifayətlənib.

Bağla X