Ramazan ayı ərəfəsində sosial şəbəkələrdə yayılan xurma xəbərdarlığı narahatlığa səbəb olub. Ramazan ayı ərəfəsində sosial şəbəkələrdə yayılan xurma xəbərdarlığı narahatlığa səbəb olub.

Bazarlarda satılan xurmalarda xəstəlik var? - Ramazan qabağı narahatlıq (Video)

Ramazan ayı ərəfəsində sosial şəbəkələrdə yayılan xurma xəbərdarlığı narahatlığa səbəb olub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bu günlərdə çoxlarının votsap nömrəsinə bu tərkibdə mesaj gəlir. Guya Səhiyyə Nazirliyi Ramazan ayının başlamnası münasibətilə xəbərdarlıq edir ki, xurma yeyərkən diqqətli olsunlar, çünki xurma ağacları kulunə adlı xəstəliyə yoluxub.

İnsanlara məsləhət görülür ki, xurmanı yeməzdən əvvəl yaxşı yumaq lazımdır. Həm də bu mesajı bütün möminlərə göndərmək xahiş olunur.

Ramazan ayı ərəfəsində belə bir mesajın yayılması təbii ki, insanları narahat edir. Çünki xurma bu ayda daha çox istehlak edilir. Ölkəyə gətirilən məhsulların keyfiyyətinə birbaşa nəzarət edən Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məsələyə münasibət öyrəndik. Xidmətin Respublika Karantin Ekspertiza Mərkəzinin direktoru Taleh Şəmiyev bildirir ki, ümumiyyətlə kulunə adlı xətəlik mövcud deyil.

Ölkəyə xurma idxal edən şəxslərlə də söhbətləşdik. Onlar da bildirdilər ki, ümumiyyətlə xurmalar arasında heç vaxt hansısa xəstəliyə rast gəlinməyib.

Bu arada hazırda bazarlarda bir sıra ölkələrdən gətirilən xurmaların qiymətləri ilə də maraqlandıq.

Beləliklə, xurma alacaq insanlar yayılan şayiələrdən narahat olmasın və belə mesajları başqalarına göndərməsin.