- Köhnə - İdman
- 18 May 2017 09:44
- 2 776
Taekvondoçularımız mübarizəyə başlayır
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 11-ci gününə start verilir.
AzNews.az xəbər verir ki, bu gün taekvondo yarışları davam edəcək. Azərbaycanı qadınlardan Darya Şkurko (62 kq), kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) təmsil edəcək. Yarışlar 09:00 - 12:12 də və saat 18:00 - 22:35-də keçiriləcək.