Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar və kişilər arasında stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə start verilib. Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar və kişilər arasında stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə start verilib.

İki stolüstü tennisçimiz final uğrunda mübarizə aparır - Yenilənib 2

Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar və kişilər arasında stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Kompleksində qadınların fərdi yarışlarında Mələk Hu (Türkiyə) ilə Miao Vanq (Azərbaycan) və Nedə Şahsavari (İran) ilə Zinq Ninq (Azərbaycan) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Kişilərin yarımfinal görüşündə Li Pinq (Qətər) ilə Nima Ələmiən Dərounkoəlei (İran) və Ahmed Li (Türkiyə) ilə Noşad Ələmiyən Derounkoəlei (İran) qarşılaşacaqlar.

***

AzNews.az xəbər verir ki, qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq yarımfinalda iranlı tennisçi Neda Şahsavarini 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Final mübarizəsində digər təmsilçimiz Miao Vanq isə türkiyəli rəqibi Mələk Huya məğlub.

***

Təmsilçimiz Miao Vanq bürünc medala sahib olub. İdmançımız Jinq Ninqin rəqibi Mələk Hu olub. O, məğlub olaraq gümüş medala sahib olub.

AzNews.az