06:24
(077) 610-22-33

Dördüncü yarış günündə 4 sərbəst güləşçimiz yarışır- “Bakı-2017”

  • >
572 20 May 10:12 | İdman

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında keçirilən güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışların dördüncü günündə 61, 70, 86 və 125 kiloqram çəkidə aşağıdakı sərbəst güləşçilər mübarizə aparacaqlar:

1/8 finalda 61 kiloqramda Hacı Əliyev - S.Myradov (Türkmənistan);

1/4 finalda 70 kiloqramda Murtuz Müslümov - Z.Dama (Türkiyə);

1/8 finalda 86 kiloqram N.Al Mushatta (İraq) - Şərif Şərifov;

1/4 finalda 125 kiloqramda Cəmaləddin Məhəmmədov - R.Alkrad (Suriya).

İlkin görüşlər saat 10:00-da, final görüşləri saat 18:00-da başlayacaq.

Bağla X