Bu yaxşı oyun idi, biz həlledici beşinci setdə cüzi fərqlə (20:18 İran yığmasının xeyrinə) uduzduq. Düşünürəm ki, bəxtimiz bir qədər gətirmədi. Həmçinin topu oyuna daxil etməkdə də səhvimiz oldu, ona görə də İran yığması ilə görüşümüz bizim xeyrimizə qurtarmadı. Bu yaxşı oyun idi, biz həlledici beşinci setdə cüzi fərqlə (20:18 İran yığmasının xeyrinə) uduzduq. Düşünürəm ki, bəxtimiz bir qədər gətirmədi. Həmçinin topu oyuna daxil etməkdə də səhvimiz oldu, ona görə də İran yığması ilə görüşümüz bizim xeyrimizə qurtarmadı.

“Azərbaycanda özümüzü evimizdə olduğu kimi hiss etdik”

Bu yaxşı oyun idi, biz həlledici beşinci setdə cüzi fərqlə (20:18 İran yığmasının xeyrinə) uduzduq. Düşünürəm ki, bəxtimiz bir qədər gətirmədi. Həmçinin topu oyuna daxil etməkdə də səhvimiz oldu, ona görə də İran yığması ilə görüşümüz bizim xeyrimizə qurtarmadı.

AzNews.az xəbər verir ki, bu fikirləri Türkiyə voleybol yığmasının oyunçusu Adis Laqumcia AZƏRTAC-a müsahibəsində söyləyib.

“İran yığması güclü komandadır və bu gün yaxşı oynadı. Bizim səhvlərimiz oldu və onlar bundan istifadə etdilər. Lakin biz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına gəlməyimizə şadıq və bu cür komandalarla qüvvəmizi sınadıq”, - deyə Adis Laqumcia bildirib.

Azarkeşlərin böyük dəstəyini qeyd edən voleybolçu vurğulayıb ki, bu, onlarda özlərinə inam yaratdı. “Biz azarkeşlərin zalda “Türkiyə, Türkiyə” söylədiklərini eşidirdik və bu dəstəkdən çox şad olduq. Bu gün bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Onların sayəsində biz özümüzü evimizdə olduğu kimi hiss etdik. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”, - deyə türkiyəli voleybolçu əlavə edib.

Artıq dörd ildir Türkiyə yığmasında oynayan Adis Laqumcia deyib ki, komanda İslamiadadan sonra Dünya Çempionatına və digər beynəlxalq turnirlərə hazırlaşacaq.