06:14
(077) 610-22-33

Kişi voleybolçularımız finala çıxdı

  • >
780 20 May 23:15 | İdman

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət voleybol yığması yarımfinal mərhələsində Əlcəzairlə qarşılaşıb.

Trend-in məlumatına görə, millimiz 3:1 (28:26; 25:21; 20:25; 25:21) hesabı ilə rəqibindən güclü olub.

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az

Bağla X