Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları davam edir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları davam edir.

Zorxana yarışından daha bir medal - İslamiada

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları davam edir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Xəyyam Orucov milbazi növündə gümüş medal qazanıb - 379 xal.

İran idmançısı Pejman Sükunəti 893 xalla birinci olub. Bürünc medallara Əhməd Şakib Atahi (Əfqanıstan) və Ərbab Sərdar Xan (Pakistan) yiyiələnib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.