Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib. Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.

Mariya Stadnik İslamiadanın qalibi oldu

Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.

AzNews.az Trend-də istinadən xəbər verir ki, bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.