Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı bəlli olub. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

"Qarabağ"ın rəqibləri bəlli oldu

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda iyunun 16-da təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Qurban Qurbanovun komandası hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirəcək.

Ardıcıl 4-cü dəfə ölkə çempion olan “atlılar” iyunun 20-də Rusiyanın “Terek” klubu ilə qarşılaşacaq. İyunun 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək “Qarabağ” 4 gün sonra Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

“Qarabağ”ın hazırlıq müddəti Çempionlar Liqasının püşkatmasından asılıdır. Komanda II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, vətənə erkən qayıdacaq. Əks halda toplanışın müddəti uzanacaq.