21:51
(077) 610-22-33

Azərbaycan futbolunda ilk dəfə - “Qarabağ”ın ÇL-də işi asanlaşır

  • >
2 182 28 May 2017 11:50 | İdman

“Qarabağ” Azərbaycan futbolunda ilkə imza ata bilər.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, çempionumuz Çempionlar Liqasının ikinci təsnifat mərhələsini uğurla adlayacağı halda, növbəti mərhələdə “Səpələnmişlər” arasında yer alacaq. Bu isə o deməkdir ki, Ağdam klubu pley-offa gedən yolda reytinqcə özündən aşağı olan komanda ilə üz-üzə gələcək.

Bu, Çexiyada 2016/17 mövsümünün çempionu müəyyənləşdikdən sonra məlum olub. Belə ki, Çexiyada qızıl medallara ötən il ÇL-də “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Viktoriya Plzen” yox, “Slaviya” sahib çıxıb.

Qeyd edək ki, hazırda “Qarabağ”ın hesabında 18, 050 reytinq xalı var.

Bağla X