İsveçdə taekvondo üzrə ənənəvi “Trelleborq Open” turniri start götürüb İsveçdə taekvondo üzrə ənənəvi “Trelleborq Open” turniri start götürüb

İdmançılarımız 3 medal qazandılar

İsveçdə taekvondo üzrə ənənəvi “Trelleborq Open” turniri start götürüb



Apasport.az saytının xəbərinə görə, gənclərdən ibarət seçmə komandamız yarışa uğurla başlayıb.

Belə ki, idmançılarımız ilk gündə 3 medal qazanıblar. Nərminə Məmmədova (44 kq) qızıl, Tağı Tağızadə (45 kq) və Məhəmməd Məmmədov (55 kq) isə bürünc mükafata sahib olub.

Digər taekvondoçularımızdan Zümrüd Məlikova (49 kq), Samir Novruzov (51 kq), Yusif Hüseynli (59 kq), Mirxanım Ağayeva (44 kq) və Təranə Məmmədova (46 kq) mübarizəni 1/4 finalda, Aynur Məmmədova (49 kq), Babək Əjdərli (48 kq), Əli Axundov (59 kq) və Məmmədnəbi Alqayev (55 kq) isə çıxışlarını təsnifat mərhələsində başa vurublar.

AzNews.az