00:52
(077) 610-22-33

"Qədim şəhərdə yarışmaq əladır" - Niko Hülkenberq

  • >
1 690 19 İyun 21:52 | İdman

Ötən il Bakıda 2 xal qazanan Niko Hülkenberq bu həftə sonu 2017 Formula 1 Azərbaycan Qran Prisində həmin uğuru təkrarlamağa ümid edir.

AzNews.az f1news.ru-ya istinadən xəbər verir ki, Niko Hülkenberqlə müsahibəni sizə təqdim edirik:

Bakı nə üçün xoşunuza gəldi:

Formula 1 üçün yeni bir məkandır, bu səbəbdən maraqlıdır. Qədim şəhərin dar küçələrin şütümək əladır. Lakin, konfiqurasiyanı yadda saxlamaq vaxt tələb edir.

Bakı ekzotik şəhərdir, digərlərinə bənzəmir. Qala divarları yaxınlığındakı kor döngə çox unikaldır. Bakı ilə müqayisədə Monako trası daha genişdir.

Bu yolda maşını idarə etmək çətindirmi?

Biz bir neçə yerdə hasarlara daha yaxın sürməli oluruq, buna cəsarət lazımdır. Sürəti çox yaxşı hiss edirsən, tamaşaçılar da bunu görür. Bu Formula 1 təqvimində ən sürətli yoldur. Döngələrdə vaxt qazanmaq lazımdır. Mən yarışı səbirsizliklə gözləyirəm.

Bakıdakı ilk yarış nə ilə yadınızda qaldı?
Biz bu trasa ilk dəfə idi ki, gəlirdik. Bura hamı üçün yad ərazi idi. Mən uğurlu nəticə qazandım. Yarışda bir neçə mövqedə önə keçə bildim.

Mən ilk məşqimi də xatırlayıram. Tras xoşuma gəlmişdi, çox unikaldır. Komandanın indiki vəziyyətini nəzərə alsaq, bu dəfə də uğur qazanacağıma inanıram.

Bağla X