00:51
(077) 610-22-33

Maradona onu kütbeyin adlandırdı - “28 pasdan 4-ü hədəfə çatır”

  • >
2 912 20 İyun 17:19 | İdman

Argentinalı sabiq futbolçu Dieqo Maradona braziliyalı futbolçu Dani Alvesi kütbeyin adlandırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Maradona Alvesin onu “saxtakar”adlandırmasından sonra bu ifadəni işlədib.

Alves bir qədər əvvəl bildirib ki, Maradona əl ilə qol vuraraq saxtakarlıq edib.

Maradona Alvesə cavabında bildirib ki, o, özü kütbeyin futbolçudur. “Cərimə meydançasına atdığı 28 pasdan 4-ü hədəfə çatır” – deyə Maradona qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X