Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxıb. Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxıb.

“Qarabağ” "Axmat"a uduzdu

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu Rusiya təmsilçisi “Axmat”la üz-üzə gəlib. Kössen qəsəbəsində keçirilən görüş Qroznı klubunun qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, “Terek” adını “Axmat”a dəyişən Qroznı təmsilçisi bir neçə gün əvvəl Avstriyada hazırlıq keçən “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanıb.

“Qarabağ” (Azərbaycan) - “Axmat” (Rusiya) - 0:1

“Qarabağ”ın start heyəti:
1.Şahrudin Məhəmmədəliyev, 3.Eltun Turabov (Abbas Hüseynov, 46), 6.Zaur Fərzəliyev, 8. Miçel Madera, 9. Dino Ndlovu (Ağabala Ramazanov, 62), 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 25.Ansi Aqolli (Turan Manafov, 73), 32. Elvin Yunuszadə, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev