Mercedes komandasının ulduz pilotu Luis Hemilton FİA-nın rəsmi jurnalına müsahibə verib. Mercedes komandasının ulduz pilotu Luis Hemilton FİA-nın rəsmi jurnalına müsahibə verib.

"Mənim taleyim öz əllərimdədi" - Luis Hemilton

Mercedes komandasının ulduz pilotu Luis Hemilton FİA-nın rəsmi jurnalına müsahibə verib.

AzNews.az müsahibədən ən maraqlı hissələri sizə təqdim edir:

Uşaqlıqda avtoidmanda ən çox diqqətini cəlb edən nə idi: sürət, yarış maşınını idarə etmək, azadlıq, rəqabət?

Mən digər uşaqlar kimi maşınları, motosikletləri sevirdim. Mən uşaqlıqda, 5 yaşım olanda Formula 1 bolidlərinə bənzəyən üçtəkərli maşına minirdim. Valideynlərim onun içindən məni çıxara bilmirdilər. Onu idarə etmək mənim çox xoşuma gəlirdi. Mən atamın avtomobili necə idarə etməsinə baxırdım və bundan həzz alırdım. Dəqiq deyə bilmərəm ən çox diqqətimi nə cəlb edirdi... Ola bilər, sadəcə cazibədarlıq!

Siz bir neçə dəfə müsahibələrinizdə Ayrton Sennaya heyran olduğunuzu demisiz. Heyran olduğunuz digər yarışçılar da olubmu? Ya da nümunə götürdüyünüz,ondan çox şey öyrəndiyiniz, idmana yanaşmasını bəyəndiyiniz başqa şəxslər olubmu?

Mən uşaq olanda digər idmançıları da izləyirdim. Bunun da səbəbkarı atam idi. Atam Məhəmməd Əlini izləməyi sevirdi. Qaradərili olmaq heç də asan deyil. Formula 1-də isə qaradərili yox idi. Buna baxmayaraq mən Ayrtonu özümə nümunə götürmüşdüm. Fərqli etnik mənşəyi olan insanların müxtəlif sahələrdə peşəkar fəaliyyəti məni ilhamlandırır.

Sanki siz son 5 il ərzində xeyli yetkinləşmisiz. Bu kənardan hiss olunur. Bununla razısız?

Bəli, mən gec yetkinləşən adamlardanam. Əgər mən yarışlarda iştirak etməsəydim, daha erkən yetkinləşərdim. Bəzi valideynlər çox inadkardır. Uşağının futbolla məşğul olmasını istəyir, övladını buna fəda edir. İdmanda hamı ulduz olmaq istəyir, lakin əvəzolunmaz uşaqlıq dövrünü də nəzərə almaq lazımdı. Çünki, uşaqlı təkrarlanmayacaq.

2015-ci ilin sonlarında demişdiz ki, bu dünyada elə yaşamaq lazımdı ki, çiyinlərində çox ağır yük olmasın, narahat olmayasan. Siz bu nail olmağı bacardız?

Mən hesab edirəm ki, həyat səyahətdir - tamamilə sadə və sülh içində olsaydı, maraqsız olardı. "Fırtınalı" dövrlər həyatı daha maraqlı edir. Mən deyərdim ki, həyatım okeana bənzəyir: səhər oyanırsan, hər şey sakitdir. Daha sonra külək başlayır və iri dalğalar əmələ gətirir. Əgər yağış başlasa, sən tamamilə tufanın içinə düşəcəksən.

Bununla bərabər sən balansı tapmağa çalışırsan, hər şeyi çox ciddiyə almırsan. Bizim şüurumuz hər şeyin öhdəsindən gələ bilən bir alətdir.

Yarış sizin üçün sanki Amerika attraksionudur. Bu sözləri siz demişdiz. Bu il də bunu hiss edirsiz?

Bu maşın məndə əvvəlki illərdə yaşadığım həmin hissləri oyadır. Sürət artıb, amma maşın döngələrdə əvvəlki kimi hərəkət edir. Döngələrdən daha tez keçməli oluram.

Formula 1-də hansı yaddaqalan iz buraxmaq istərdiniz?

Mən bu haqda düşünməmişəm. Fikrimcə, əgər qoyacağınız iz haqda, miras haqda düşünsəz, reallıqdan qopmuş olacaqsız. Sadəcə, istəyərdim ki, məni sərt, dürüst, qətiyyərli yarışçı olaraq yadda saxlasınlar.Ümid edirəm ki, məni Ayrton Senna kimi xatırlayacaqlar. Çünki, mən həmişə ona bənzəməyə çalışmışam.

Mənim taleyim öz əllərimdədi. Mən hər şeyi öncədən planlaşdırmağı sevmirəm.