10:26
(077) 610-22-33

Berti Foqts rəmzi “11-lik”də

  • >
283 12 Fevral 2013 10:21 | İdman

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Almaniya futbolundakı xidmətləri unudulmur.




Tanınmış mütəxəssis bu dəfə futbolçu nailiyyətlərinə görə diqqət mərkəzinə düşüb.

Belə ki, Almaniya mətbuatı öz klubunun rəmzinə çevrilən almaniyalıların rəmzi "11-liy"ini tərtib edib. Futbolçu kimi yalnız 1 klubun – Mönhenqladbax "Borussiya"sının şərəfini qorumuş Foqts da siyahıda yer alıb.

Yığmamızın çalışdırıcısı ilə yanaşı Zepp Mayer, Klaus Auqentaler, Tomas Şaaf, Karl-Hayns Korbel, Bastian Şvaynştayger, Diter Aylts, Mixael Tsork, Marko Bode, Ernst Kusorra, Uve Zeeler də bu yığmada yer alıb.

Almaniyalılar öz futbolçuları ilə yanaşı əcnəbilərdən ibarət bənzər "11-lik"də tərtib edib. Burada da tanış sima var. "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da İngiltərə "Arsenal"ına sadiqliyinə görə bu komandaya düşüb. Burada İker Kasilyas, Franko Barezi, Paolo Maldini, Ceymi Karrager, Karles Puyol, Stiven Cerrard, Xavi Ernandes, Rayan Qiqqz, Pol Skoulz, Françesko Totti də bu komandadadır.

Qeyd edək ki, Foqts 1965-1979-cu illərdə "Borussiya"da 419 oyun keçirib, 32 qol vurub.

AznNews.az
Bağla X