Bu gündən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisi yürüşlərinə start verilir. Bu gündən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisi yürüşlərinə start verilir.

Formula- 2 sərbəst yürüşlərinə start verildi

Bu gündən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisi yürüşlərinə start verilir.

AzNews.az xəbər verir ki, artıq Formula 2 pilotlarının sərbəst yürüşlərinə start verilib. Artıq trasın təftişi bitib. Pilotlar şəhər trekində bolidlərin mühərrik gücünü yoxlamağa başlayıblar.

Bu gün 14:30 və 18:30-da isə 2 sessiyada Formula 1 sərbəst yürüşlərinə start veriləcək. 10 komanda, hər biri 2 pilot olmaqla şəhər trekində ilk yürüşə çıxacaqlar.

Formula 2 yarışlarında isə 21 komanda birincilik uğrunda mübarizə aparır.

Hər sərbəst yürüşdən sonra komanda nüamyəndələri və pilotlar mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, yarış trekinin uzunluğu 6 kilometrdir.

Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Bu dar döngələrdə yarış sürəti saatda 60-80 kilometrə enir. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində keçir.Yarışın start və finiş xətti Azadlıq meydanında başlayır. Bu hissədə "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Yarış zamanı pilotlar və yarışı izləyən milyonlarla tamaşaçı həmçinin, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Bakının müasir memarlıq abidələrini görəcəklər.

Fəridə Abdullayeva

AzNews.az