Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub. Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub.

Portuqaliya və Meksika yarımfinalda - Rusiya mübarizəni dayandırdı

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub.

Son iki oyunun nəticəsinə əsasən yarımfinalçılar müəyyənləşib.

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürüb.

İki oyundan sonra 3 xalı olan meydan sahibləri Rusiya millisi 4 xala malik Meksika ilə üz-üzə gəlib. Bu matç ruslar üçün son şans idi. Ancaq Stanislav Çerçesovun yetirmələri ələ düşən son imkanı da boşa veriblər. Amerikalılar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. Ruslar isə yarışın bundan sonrakı oyunlarını azarkeş kimi izləyəcəklər.

Bu matça qədər 4 xalı olan bir digər komanda Portuqaliya isə Yeni Zelandiya ilə qarşılaşıb. Aşkar autsayder olan okeaniyalıların pireneylilər qarşısında heç nə ilə yadda qalmayacağı gözlənilən idi. Ronaldo və dostları 4:0 hesablı darmadağınlar qrupu lider kimi başa vurublar.

Konfederasiyalar Kuboku – 2017

3-cü tur

24 iyun

Meksika – Rusiya - 2:1

Qollar: Araujo, 30, Lozano, 52, - Səmədov, 25

Yeni Zelandiya – Portuqaliya - 0:4

Qollar: Ronaldo, 33, Silva, 37, Andre Silva, 80, Nani, 90+1

Portuqaliya - 7, Meksika - 7, Rusiya - 3, Yeni Zelandiya - 0.