Yarışa bir saatdan da az bir vaxt qalmış Mercedes pilotu Luis Hamilton Sky Sports kanalına müsahibə verib. Yarışa bir saatdan da az bir vaxt qalmış Mercedes pilotu Luis Hamilton Sky Sports kanalına müsahibə verib.

"Mən Bakıda çox böyük dəstəyi hiss edirəm" - Hamilton

Yarışa bir saatdan da az bir vaxt qalmış Mercedes pilotu Luis Hamilton Sky Sports kanalına müsahibə verib.

AzNews.az xəbər verir ki, Hamilton yarışqabağı ona göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib:

"Mən Bakıda böyük dəstəyi hiss edirəm. Burada çoxlu Britaniya bayrağı var. Bura müxtəlif ölkədən insanlar gəlib, onlar arasında İran belə var. Bu təəccüblüdür. Mən Bakıda belə dəstəyi gözləmirdim. Bunu qiymətləndirirəm.".

Yarışa olan hazırlıqdan danışan Hamilton bildirdi ki, ötən gün bir sıra problemlər aradan qaldırılıb. Bizim çox yaxşı mühəndislərimiz var. Məşqlərdən sonra onlar işi dəqiqliklə yerinə yetirdilər.

Bu gün mənim maksimal xalı qazanmağa çox böyük şanslarım var. Bunun üçün mənim start mövqeyim çox yaxşıdır. Mən hər şansı dəyərləndirməyə çalışacam."

Fəridə Abdullayeva

AzNews.az