“Barselona”nın hücumçusu Lionel Messi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı toyuna dəvət etməyib. “Barselona”nın hücumçusu Lionel Messi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı toyuna dəvət etməyib.

Messi evlənir - Maradonanı toya çağırmır

“Barselona”nın hücumçusu Lionel Messi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı toyuna dəvət etməyib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində Messinin baş məşqçisi olub. Bundan başqa, toya çağırılmayanlar siyahısında “Barselona”nın prezidenti Xose Mariya Bartomeu, komandanın sabiq baş məşqçisi Luis Enrike, “Real”ın hücumçusu Kriştiano Ronaldo da var.

Kataloniya klubunun sabiq oyunçuları Deku, Ronaldinyo və Silvinyo isə toyda iştirak edəcəklərini deyiblər.

Qeyd edək ki, 30 yaşlı Messinin Antonella Rokkutso ilə toyu iyunun 30-da Argentinanın Rosario şəhərində keçiriləcək.