05:48
(077) 610-22-33

Premyer Liqada iki mühüm oyun

  • >
148 13 Fevral 2013 09:47 | İdman

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü və 16-cı turdan təxirə salınmış iki oyun keçiriləcək.




Qol.Az-ın məlumatına görə, bu oyunlar ilk "altılığ"a düşmək mübarizəsini davam etdirən "Bakı" və AZAL üçün mühüm əhəmiyyət kəsb edir. Bu komandalar xal itirərlərsə, işlərini daha da çətinləşdirəcəklər.

AZAL-ın bugünkü oyunda rəqibi "Neftçi" də meydana qələbə üçün çıxacağını açıqlayıb. Çempionluğa oynayan "ağ-qaralar"ı bu qarşılaşmada yalnız üç xal düşündürür.

"Bakı"nın rəqibi "Turan" "altılığ"a düşmək şansı nəzəri cəhətdən qalsa da, bu oyunun favoriti paytaxt təmsilçisi hesab olunur.

15.00. "Turan" – "Bakı"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov
"Dalğa Arena"

16.00 AZAL – "Neftçi"
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov

AzNews.az
Bağla X